Baş xəbərKriminal

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanıldı

Şamaxıda biçilmiş əkin sahəsini yandıran şəxslər müəyyən olunub

DİN-in mətbuat xidmətindən Bugun.tv – yə verilən məlumata görə, ölkə ərazisində qeydə alınan 69, əvvəlki dövrlərdən bağlı qalan 7 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 144, o cümlədən borclu şəxs qismində axtarışda olan 126 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Qubada Polis Akademiyasına qəbulla bağlı məlumatlandırıcı görüş keçirildi

Kəmalə Sultan

Avtobus uçuruma yuvarlandı!

Bugün TV

Meşə yanğınına müdaxilə edilir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu