Image default
Mədəniyyət

“CinemaPlus”da Emil Quliyevin yeni “Pərdəarxası” filmi nümayiş olunur

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin maliyyə dəstəyi ilə Azərbaycan istehsalı olan “Pərdəarxası” dram filminin nümayişi keçirilir.

Bu barədə Bugun.tv-yə “CinemaPlus”dan məlumat verilib.

Filmin rejissoru Emil Quliyevdir.
Baş rollarda: Hikmət Rəhimov, Azər Aydəmir, Arzu Abdulova.
Film haqqında qısa məlumat: İnşaat şirkətində satış meneceri olaraq çalışan Həsən (33) və arvadı Sevda (30) uzun müddətdir uşaq sahibi ola bilmirlər. Həsən həkim müayinəsindən sonra özünün qısır olduğunu öyrənir. Amma kişiliyinə xələl gəlməsindən çəkinən Həsən bu məlumatı həyat yoldaşından gizlədir. Problemin Sevdada olduğunu düşünən Həsənin anasının israrıyla müalicə üçün bir kənddə yaşayan ara həkiminin yanına gedirlər.
Qeyd etmək istərdik ki, filmin yaş həddi 18+ təyin olunub.
“CinemaPlus” yerli kinematoqrafiyanın inkişafına dəstək olmaqdan məmnundur.

Kəmalə Sultan

Oxşar xəbərlər

“Qızıl Melodiya” mükafatlarının ilin ən yaxşı albomu öz yerini tapdı

Aynur Camal

Yeni “Pyotr” əvvəlkilərdən nə ilə fərqlənəcək? “İmperiyanın doğuluşu” filmi təqdim olunub

Aynur Camal

III Beynəlxalq Məqam Sənəti Forumunun açılış mərasimi keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu