20 C
Baku
16 Aprel 2024, 10:16
Mədəniyyət

“CinemaPlus”da türk ailə komediyası “Neolacak halim?”

“CinemaPlus” kinoteatrlar şəbəkəsində martın 9-dan etibarən “Ne olacak halim?” türk ailə komediyasını nümayişi başlayır.

Rejissor və ssenarist Semra Dündar.

Baş rollarda Emre Altuğ, Algı Eke və Lemi Filozof.

Film haqqında qısa məlumat: Məşhur aparıcı Halim Pekyaman uşaqları sevmir və günlərini “playboy” həyatı yaşayaraq keçirir. Bir gün canlı televiziyada uşaqlardan danışanda həyatı alt-üst olur. Uşaq düşməni elan edilən o, telekanaldan qovulur və Kuşadasındakı bağ evinə gedir. Onun yolu əri tərəfindən tərk edilmiş, dörd övladı ilə həyat mübarizəsi aparan Mələklə kəsişir. Həyat elə gətirir ki, Halim sevgili olduğu Mələyin uşaqlarına baxmaq məcburiyyətində qalır. O, İstanbuldakı cazibədar həyatını unudub ailə başçısı ola biləcəkmi?

CinemaPlus kino tarixinin ən yaxşı premyeraları ilə sizi sevindirməyə və xoş sürprizlər etməyə həmişə hazırdır.

 

Oxşar xəbərlər

Xalq artısti: “Haqqımda deyilənlər yalandır!”

Bugün TV

Reza Deqati: “Xocalıda baş verənləri dünyaya çatdırmaq mənim ömürlük vəzifəmdir”

Nigar Məmmədova

Tanınmış türk aktyorları Azərbaycana gəldi – FOTO

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu