Mədəniyyət

“CinemaPlus”da Türkiyədə izlənmə rekordları qıran “Ölümlü Dünya 2” komediyası

Bugun.tv xəbər verir ki, Bakı, 6 fevral: Fevralın 8-dən yalnız “CinemaPlus” kinoteatrlar şəbəkəsində Türkiyədə izlənmə rekordları qıran “Ölümlü Dünya 2” komediyasının nümayişi başlayır.
Filmin rejissoru Ali Atay, ssenaristləri Ali Atay, Feyyaz Yiğit və Aziz Kedidir.
Rollarda Ahmet Mümtaz Taylan, Alper Kul, Doğu Demirkol, Feyyaz Yiğit, Giray Altınok, İrem Sak, Mehmet Özgür, Özgür Emre Yıldırım və Sarp Apak kimi tanınmış aktyorlar oynayırlar.
Film haqqında qısaca: Qanundan kənar həyatlarını davam edən Mermer ailəsinin hər bir üzvü öz problemləri ilə mübarizə aparır. Serhan hamilə yoldaşı Begümü yeni həyatlarına öyrəşdirməkdə çətinlik çəkir. Serhat sevdiyi qadından məhrum olur, Qazanfer isə ailəsini cinayət təşkilatına qarşı bir arada saxlamaq üçün mübarizə aparır. Lakin Zaferin təşkilatın əlinə keçməsi hər kəsin həyatını alt-üst edir.
Qeyd etmək istərdik ki, Türkiyədə “Ölümlü Dünya 2” filmi nümayiş olunduğu gündən 2 milyona yaxın izləyici toplayıb.
“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Link

Kəmalə Sultan

Oxşar xəbərlər

Azərbaycan Yazıçılar Birliyində Nazim Rizvanın 75 illik yubileyi qeyd olunub

Aynur Camal

Kanadanın “Eurovision”a qoşulması müzakirə olunur

Aynur Camal

Eurovision-da İsrail səhnədə olarkən “Soyqırımı dayandırın” şüarları səsləndi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu