14 C
Baku
22 Noyabr 2024, 7:44
Baş xəbərTexnologiya

Çinin FAST teleskopu ən sürətli ikili pulsarı kəşf edib

Bugun.tv xəbər verir ki, Çinin nəhəng FAST teleskopu bir-birinin ətrafında fırlanan və yüksək maqnit yayan “ikili pulsar” adlanan neytron ulduzları arasında ən sürətli orbital hərəkəti aşkar edib.

Saniyədə 38 GB məlumat toplamaq qabiliyyətinə malik FAST kosmosdan radiotezlik dalğalarını dinləyir. Qalaktikalarda təbii hidrogeni axtaracaq, ani radio dalğaları yayan neytron ulduzların siqnallarını kəşf edəcək və kosmosda həyatın öyrənilməsinə töhfə verəcək FAST “Çinin səmada gözü” adlanır.

Tədqiqatçılar bildirdilər ki, “PSR J1953+1844” (M71E) adlı ikili pulsar bu günə qədər müşahidə edilən ən sürətli orbital fırlanma sürətinə malikdir.

Ölən nəhəng ulduzların partlayan nüvəsində əmələ gələn pulsarlar yüksək sıxlıq və sürətli fırlanma xüsusiyyəti ilə alimlərə ekstremal şəraitdə fizika qanunlarının vəziyyətini müşahidə etmək imkanı verir.

Mənbə: Ensonhaber

Kəmalə Sultan

Oxşar xəbərlər

“Qarabağ” “HİK” komandasını məğlub etdi

Teymur Əziz

Xocalı polisi şəhid ailələrinə qurban sovqatı payladı

Nigar Məmmədova

Sahil Babayev: “Qurduğmuz əməkdaşlıq daha da genişlənəcək”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu