27 C
Baku
27 İyul 2024, 8:09
Baş xəbərDünya

Çinin Sıçuan əyalətində meşə yanğını davam edir

Bugun.tv xəbər verir ki, Çinin cənub-qərbindəki Sıçuan əyalətinin cənubunda meşədə baş verən yanğın genişlənməkdə davam edir.

Hadisə iki gün öncə Qarzi Tibet Muxtar Prefekturasının Yajiang rayonunda qeydə alınıb.

Yanğın səbəbindən ətraf kəndlərdə yaşayan 3 min 396 nəfər təxliyə edilib. Rayondakı su elektrik stansiyasının işçiləri ilə isə əlaqə yaratmaq mümkün olmayıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın ötən gün günorta saatlarında güclü külək nəticəsində dağ yamaclarına keçib. Söndürmə işləri üçün bölgəyə milli və yerli yanğınsöndürmə idarələrindən 1260 nəfər göndərilib.

Güclü külək səbəbiylə görmə qabiliyyətinin azalması səbəbindən qruplar dünən axşam işlərinə ara versələr də, yanğını hələlik nəzarət altına almaq mümkün olmayıb. Açıqlamaya görə, 3 nəfər ölüb.

Digər tərəfdən, qonşu Yunnan əyalətinin Lincanq əyalətində, Vinşan Kuanq və Miao Muxtar Prefekturalarında meşə yanğınları baş verib.

Yanğınların insanların səhlənkarlığı ucbatından baş verdiyi ehtimal olunur.

Aynur Camal

Oxşar xəbərlər

Bir evdə baş verən yanğında 10 nəfər tüstüdən zərər çəkdi

Bugün TV

Pikap və motosiklet üz-üzə toqquşdu: 1 ölü, 3 yaralı

Aynur Camal

Fransız işçiləri ümumi tətil edir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu