33 C
Baku
3 Sentyabr 2025, 17:29
Baş xəbərTexnologiya

Çinlilər insan ağlını oxuya bilən araşdırma apardılar

Bugun.tv xəbər verir ki, Çinli alimlər insanların ağlından keçənləri yaza biləcək bir araşdırma aparıblar. Araşdırmada insanların düşüncələri Mandarin Çincəsinə tərcümə edilib.

Mandarin Çincəsində fərqli intonasiyaların fərqli mənalara sahib olduğuna diqqət çəkilən araşdırmaya səs tonunu tanıyan alqoritmlər uyğunlaşdırılıb. Tədqiqat zamanı beyin siqnallarını qeyd edən elektrofizioloji görüntüləmə növü olan elektrokortikoqrafiyadan istifadə edilib.

Beyin şişi əməliyyatında 5 xəstənin beyninə elektrod yerləşdirən tədqiqatçılar əməliyyat zamanı xəstələrdən fərqli tonlarda heca söyləmələrini istəyiblər. Tədqiqatda elektrodlar beyin fəaliyyətini qeyd edərkən, model bu fəaliyyətləri beyin siqnallarındakı ton və hecalardan deşifrə etmək üçün istifadə edilib. Çin alimlərinin işi insanların beyin fəaliyyətini Mandarin Çincəsində ifadə etmək baxımından bir ilkdir. Çinin Fudan Universiteti,  Tienjin Universiteti və ŞanxayTech Universitetinin tədqiqatçılarının birgə apardığı araşdırmanın nəticələri “Science Advances” jurnalında dərc olunub.

Mənbə:Ensonhaber 

Teymur Əziz

Oxşar xəbərlər

“Proseslər daha da gərgin bir mərhələyə keçdi”

Aynur Camal

Ukrayna NATO-ya üzv qəbul edildi

Aynur Camal

Meşə yanğını baş verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu