Baş xəbərHadisəKriminal

Ağcabədidə silahlar və narkotik tərkibli bitki aşkar edilib – FOTOLAR

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bugun.tv-yə verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarına daxil olmuş məlumat əsasında axtarış-əməliyyat tədbirlər inkeçirilib. Axtarış zamanı silah-sursat satmaqda şübhəli bilinən Abşeron rayon sakini, Zahid Abdullayev saxlanılıb. Onun əvvələr də məhkum olduğu müəyyən edilib. O, Ağcabədi rayon ərazisində özü ilə gətirdiyi “Kalaşnikov-AKMS” markalı silahı və 4 ədəd patronu satmaq istəyib. Bu zaman Z.Abdullayev polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilib. Şöbədə onun çantasına baxış keçirilib və silah-sursat maddi sübut kimi  götürülüb. Həmçinin digər tədbirlərlə rayon sakinlərindən müvafiq sənədləri olmayan 10 ədəd ov tüfəngi də aşkar edilərək götürülüb.

 

Keçirilən başqa bir əməliyyat zamanı  çətənə bitkisinin kultivasiyasını təşkil edən rayon sakini Xəyal Məhərrəmov da saxlanılıb. Onun yaşadığı həyətyanı sahəsinə baxış keçirilən zaman aqrotexniki qulluqla yetişdirilmiş çətənə bitkiləri aşkar edilib. Faktlarla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.

 

 

Kəmalə Sultan

Oxşar xəbərlər

Antiperspirantlarla bağlı şok iddialar: Döş xərçəngi və Alzheimer xəstəliyinə səbəb olur!

Elnarə Dərziyeva

Ruhlar həqiqətən mövcuddur? Son elmi araşdırmalar nə göstərir?

Bugün TV

Oyun zamanı meydançaya ildırım düşdü: Bir futbolçu həyatını itirdi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu