Bugun.tv xəbər verir ki, ABŞ-ın bir sıra ştatlarında müşahidə olunan güclü istilər səbəbindən milyonlarla insan üçün xəbərdarlıq elan edilib.
Xüsusilə Texas, Arizona və Nevada ştatlarında temperatur normadan xeyli yüksək qeydə alınıb.
Meteoroloqlar bəzi bölgələrdə havanın temperaturunun 45 dərəcəyə yaxınlaşdığını bildiriblər. Yerli hakimiyyət orqanları yaşlı insanlara, uşaqlara və xroniki xəstəlikləri olan şəxslərə mümkün qədər açıq havada az qalmağı tövsiyə edib.
Məlumata görə, istilərlə əlaqədar elektrik enerjisi sistemində də əlavə yüklənmə yaranıb və bəzi bölgələrdə enerji sərfiyyatının rekord həddə çatdığı qeyd olunub.
Ekspertlər iqlim dəyişikliklərinin son illərdə ekstremal hava hadisələrinin sayını artırdığını vurğulayırlar.
Mənbə: CNN
