Dünya

CNN: ABŞ-ın ən böyük aviadaşıyıcısında baş verən yanğın açıqlanandan daha ciddi olub

Bugun.tv xəbər verir ki, ABŞ-ın dünyanın ən böyük nüvə aviadaşıyıcısı olan USS Gerald Ford gəmisində mart ayında baş vermiş yanğının nəticələrinin rəsmi açıqlamalarda göstəriləndən daha ağır olduğu iddia edilir.

CNN telekanalının əldə etdiyi görüntülərə əsasən, yanğın nəticəsində dənizçilərin yataq yerləri ciddi şəkildə zədələnib, yaşayış bölmələrinin tavanları yanaraq dağılıb, elektrik naqilləri açıq vəziyyətdə qalıb və ərazi kül qalıqları ilə örtülüb.

Məlumata görə, yanğının söndürülməsi, gəminin təmizlənməsi və yenidən alovlanmanın qarşısının alınması üçün ekipaja təxminən 30 saat vaxt lazım olub. Hadisə nəticəsində 600-ə yaxın dənizçi öz yataq yerlərindən istifadə edə bilməyib.

CNN-in mənbələri həmçinin bildiriblər ki, gəmidəki yanğınsöndürmə sistemi işləməyib və USS Gerald Ford müvəqqəti təmir üçün Yunanıstan limanına yönləndirilib.

ABŞ Hərbi Dəniz Qüvvələri mart ayında yaydığı açıqlamada yanğının lokallaşdırıldığını, gəminin tam döyüş qabiliyyətini qoruduğunu və yalnız iki hərbçinin həyati təhlükəsi olmayan xəsarətlər aldığını bildirmişdi.

Mənbələrin sözlərinə görə, həmin vaxt gəmi ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarında iştirak etdiyindən, hadisənin real miqyasının açıqlanması hərbi imkanlara təsir göstərə biləcəyi üçün məlumatlar məhdud təqdim olunub.

2017-ci ildə istismara verilən USS Gerald Ford hazırda uzunmüddətli təmir və texniki xidmət mərhələsinə hazırlanır. CNN-in məlumatına görə, gəminin yenidən tam xidmətə qayıtması üçün ən azı bir il vaxt tələb oluna bilər.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Ekrandan yoxsa kitabdan oxumaq? Beyin bunu fərqli qavrayır?

Aynur Camal

“Rusiya təbabətində “çox böyük sıçrayış” baş verib”

Aynur Camal

Stress zamanı niyə bəziləri çox yeyir, bəziləri isə iştahasını itirir?

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu