11 C
Baku
13 Mart 2026, 17:02
Baş xəbərKriminal

Çobanlıq fəaliyyəti ilə məşğul olan şəxs qətlə yetirildi

Daxili İşlər Nazirliyi məlumat yaydı

Bu gün saat 15 radələrində Tərtər rayonu Həsənqaya kəndi ərazisində üzərində xəsarət izləri olan meyit olması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Bugun.tv-yə bildirilib ki, qətlə yetirilən şəxsin Söylən kənd sakini Allahverdiyev Qaryağdı Abbas oğlu olması müəyyən edilib. O həmin ərazidə çobanlıq fəaliyyəti ilə məşğul olub

Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin saxlanılması istiqamətində tədbirlər görülür.

Əlavə məlumat veriləcəkdir.

Aynur Camal

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu