11 C
Baku
29 Aprel 2026, 17:33
Baş xəbərSosial

“Gənc nəsli narkomaniyadan qoruyaq!”

Bugun.tv xəbər verir ki, “Gənc nəsli narkomaniyadan qoruyaq!” devizi altında keçirilən antinarkotik təbliğatı çərçivəsində növbəti maarifləndirici görüş Lənkəran Şəhər Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 5 nömrəli tam orta məktəbdə təşkil olunub.

Əvvəlcə tədbir iştirakçıları Vətən müharibəsi şəhidi Samir Allahverdiyevin xatirə lövhəsinin önünə tər güllər düzüb, ərazi bütövlüyümüzün müdafiəsi uğrunda canından keçənlərin xatirəsini yad ediblər.

Sonra məktəblilər qarşısında çıxış edən Lənkəran ŞRPŞ-nin rəisi, polis polkovniki Azər Cahangirov narkomiyanın və erkən nikahların səbəb olduğu ağır nəticələrdən və bu neqativ halların cəmiyyətimizin sağlam gələcəyi üçün yarada biləcəyi təhlükələrdən söz açıb, bu istiqamətdə polis əməkdaşlarının həyata keçirdiyi davamlı və təxirəsalınmaz tədbirlərdən danışıb.

Aynur Camal

Oxşar xəbərlər

“Oyun sonrası depressiya” nədir və kimlərdə baş verə bilər?

Aynur Camal

Qida məhsulu: Orqanlar və onların faydaları

Aynur Camal

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu