Baş xəbərDünya

“Çoxlarının Baydenin Kiyevə səfərindən xəbəri yox idi”

Xarici Xəbərlər

Ağ Evdə və Pentaqonda çoxlarının Baydenin Kiyevə səfərindən xəbəri yox idi.

Kiyevə səfərlə bağlı yekun qərarı fevralın 17-də ABŞ prezidenti Co Bayden verib, Ağ Evdə və Pentaqonda çoxlarının səfərdən xəbəri olmayıb. Bu barədə mənbələrə istinadən Bloomberg məlumat yayıb.

Bayden fevralın 20-də elan olunmamış səfər üçün Kiyevə səfər edib. Amerika lideri səhər saat 8 radələrində Polşadan qatarla Ukraynaya gəlib, Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşüb, şəhərin mərkəzini gəzib və Vaşinqtonun Kiyevə dəstəyini davam etdirəcəyinə söz verib.

Bloomberg-in məlumatına görə, Vaşinqtondan uçan təyyarədə Baydeni milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan, həmçinin səfəri gizli saxlamağa söz verən iki jurnalist müşayiət edib. Qeyd olunur ki, səfərdən bir neçə gün əvvəl jurnalistlər “Qolf turnirinə gəlmək üçün təlimatlar” başlıqlı elektron məktubda səfərlə bağlı məlumat alıblar.

Sallivanın sözlərinə görə, ABŞ mümkün münaqişənin qarşısını almaq üçün Baydenin Kiyevə səfəri barədə Rusiyanı səfərindən bir neçə saat əvvəl xəbərdar edib.

Bundan əvvəl The Wall Street- saytı bildirib ki, Ağ Ev prezident Co Baydeni Ukraynaya səfərdə müşayiət edən iki jurnalistə onun səfəri ilə bağlı məlumatları müəyyən vaxta qədər açıqlamamağı əmr edib.

Aynur Camal

Oxşar xəbərlər

Suriyada ilk pulsuz cümə namazı! İnsanlar Dəməşqdəki Əməvilər məscidinə axın edib

Aynur Camal

DİN məlumat yaydı

Nigar Məmmədova

İnsanlar indi lüks avtomobillərini zəncirləyirlər

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu