25 C
Baku
25 Sentyabr 2026, 16:42
Baş xəbərKriminal

Çoxlu sayda marixuana yetişdirən şəxs saxlanıldı

Bugun.tv-yə daxil olan məlumata görə, Sabunçu polisi həftəsonu Nardaran və Bakıxanov qəsəbələrində əməliyyat keçirib.

Sabunçu rayonunda may ayında keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən 75 nəfər saxlanılıb

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Nardaran qəsəbəsində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Mirzədadaş Cəlilov saxlanılıb. Onun yaşadığı evin həyətinə baxış zamanı xüsusi qulluq edərək yertişdirdiyi 97 ədəd çətənə kolu, eləcə də 2 kiloqram 200 qram marixuana aşkar edilib.

Bölmə əməkdaşlarının Bakıxanov qəsəbəsində həyata keçirdikləri növbəti əməliyyat zamanı isə narkotik madddələrin satışı ilə məşğul olan əvvəllər məhkum olunmuş Vüqar Rəhimov saxlanılıb. Bu şəxsin üzərindən və evindən isə 2 kiloqram 500 qram marixuana aşkar olunub.

Qeyd edək ki, may ayı ərzində Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının rayon ərazisində həyata keçirdikləri əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 75 nəfər saxlanılıb. Həmin şəxslərin hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir

Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 45 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Aynur Camal

Oxşar xəbərlər

Vüqar Bayramov: Yeni Dövlət Proqramı iş adamları üçün yeni imkanlar yaradacaq

Aynur Camal

Hindistanın Azərbaycandakı Səfirliyi Bakıda 11-ci Ayurveda Gününü qeyd etmək məqsədilə festival təşkil etdi

Aynur Camal

Əsədullazadə: İrana qarşı yeni hücumlar nüvə silahı əldə etmək cəhdini sürətləndirə bilər

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu