8 C
Baku
15 Fevral 2025, 18:29
Texnologiya

Crew Dragon Endeavour rekord qırdı

Bugun.tv xəbər verir ki, SpaceX-in təkrar istifadə edilə bilən insanlı kosmik gəmisi Crew Dragon Endeavour beşinci uçuşunu həyata keçirərək daha bir rekord qırıb. Bu barədə “ArsTechnica” yazıb.

“Bu gəmi orbitdə 466 gün keçirdi ki, bu da insanları Yerə və geriyə daşımaq üçün nəzərdə tutulmuş bütün kosmik gəmilərdən çox idi. Yeni missiyaya təqribən 180 gün əlavə olunacaq”, – nəşrdə deyilb.

Ümumilikdə, Crew Dragon təkrar istifadə edilə bilən gəmilərin hər biri 15 uçuş üçün nəzərdə tutulub. SpaceX-in hazırda dörd ekipajlı kosmik gəmisi var. İlk uçuşunu 2025-ci ildə edəcək başqa bir gəmi qurmağı planlaşdırıb. Şirkət əmindir ki, bu, inşa edilən sonuncu Crew Dragon olacaq. Çünki beş belə gəmi NASA-nın ehtiyaclarını ödəmək üçün kifayətdir.

Bundan əvvəl Crew Dragon Endeavour gəmisi rus kosmonavtı Aleksandr Qrebenkinlə birlikdə ABŞ-ın Florida ştatındakı Con Kennedi Kosmik Mərkəzindən Beynəlxalq Kosmik Stansiyaya (BKS) buraxılan Falcon 9 raketi ilə Crew-8 missiyasının heyətinin tərkibində idi.

Mənbə lenta.ru

Kəmalə Sultan

Oxşar xəbərlər

Bakı Beynəlxalq Astronavtika Konqresinin sərgi pavilyonun stendləri artıq hazırdı

Bugün TV

Google-un keçmiş baş direktoru Erik Şmidt: Süni intellekt 5 ildən sonra insanlığı təhlükə altına sala bilər

İntizar Əmirova

BKS-nin Rusiya seqmentində hava sızması artır, lakin ekipajın təhlükəsizliyinə təsir göstərmir — NASA ​

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu