27 C
Baku
27 İyul 2024, 3:40
Dünya

Dəhşətli iddia! Ölən qızını mumiyaladı…

‘Bizi izləyir, hətta gecələr dirilir’…

94 il əvvəl Meksikada vəfat edən ‘La Pascualita’nın cəsədinin atası tərəfindən balyalaşdırılaraq vitrinə qoyulduğu iddia edilir. La Pascualita adlı maneken bütün cansız manekenlərdən daha real olduğu üçün insanların diqqətini çəkib. İllərdir mağazaya gedən müştərilər, mağazada gəzərkən La Pascualitanın gözlərinin onları izlədiyini və ya müştərilər arxa çevirdikdən sonra manekenin fərqli mövqeyə keçdiyini iddia ediblər.

  Düz 94 il əvvəl Meksikada Pascuala Esparza adlı gəlinlik mağazası onun tikdiyi gəlinlikləri həmişəki kimi vitrinində nümayiş etdirmək istəyib. Bu olduqca adi hadisəni qeyri-adi edən gəlinlik ustasının cansız olduğuna inandığı maneken idi. “İnandıq” deyirik ona görə ki, deyilənlərə görə Pascuala Esparza tikdiyi gəlinliyi canlı adama geyindirib vitrində yerləşdirib.

Mumiyalanmış cəsədlər bu gün də dünyanın bir çox yerində diqqəti cəlb edir. Onların bəziləri muzeylərdə, bəziləri isə müqəddəs yerlərdə ziyarətçilərin ixtiyarına verilir.

Ancaq onlardan biri olduqca maraqlıdır.

Söhbət Meksikada gəlinlik mağazasının vitrinində dayanan “La Pascualita” adlı manekendən gedir. Düz eşitdiniz, ‘cansız maniken’in bir adı var. Üstəlik, dünyanın müxtəlif yerlərindən ziyarətçilər onu görmək üçün Meksikaya axışırlar. La Pascualita kimi tanınan maneken ilk dəfə 1930-cu ildə Meksikanın Çihuahua şəhərində gəlinlik mağazasının vitrinində görünüb. Pəncərədə dayanan modelin görkəmi və enerjisi ictimaiyyəti narahat edib və qorxuya salıb.

La Pascualita indiyə qədər görülmüş hər hansı cansız manekendən daha real idi. Yalnız onun üzü təəccüblü şəkildə süni idi. Bədəninin qalan hissəsi diqqətlə hazırlanmış kimi görünürdü. Əllərinin əyriləri diqqətlə düşünülüb, hətta ayaqlarında varikoz damarları var idi.

Ağızdan ağıza yayılan məlumata görə, Pascuala Esparzanın qızı çox zəhərli hörümçək tərəfindən faciəvi şəkildə dişlənib və öz toy günü ölüb. Qızının ölümündən sonra mağazasının vitrinində ölmüş qızına çox bənzəyən manekenin görünməsi onun ölən qızının modeli deyil, meyiti olduğu fikrini doğurub.

Bu, çox utopik bir fikir kimi görünə bilər. Lakin gəlinlik ustasının ölmüş qızının cansız manekenə bənzəməsi başqa bir ehtimalın ağlına gəlməyə imkan verməyib.

İllərdir mağazaya gedən müştərilər, mağazada gəzərkən La Pascualitanın gözlərinin onları izlədiyini və ya müştərilər arxa çevirdikdən sonra manekenin fərqli mövqeyə keçdiyini iddia ediblər. Bəziləri hətta deyirlər ki, La Pascualita gecələr canlanır və ruh kimi gəzir.

La Pascualita modelinin adı ‘mumiya’ olaraq keçsə də, yenə də əl dəyişdirib eyni gəlinlik mağazasının vitrinində ziyarətçilərə göstərilsə də, mütəxəssislər heç bir mumiyanın belə qalmasının mümkün olmadığını vurğulayırlar.

94 il dayanan mumiyalama fərqli bir texnika tələb edir və gəlin dükanının pəncərəsinə düşən günəşi, dükanın kiçikliyini və içəridəki temperaturu nəzərə alsaq, manekenin Esparzanın rəhmətlik qızına aid olması mümkün deyil.

Yenə də bu hekayəyə inananlar var çünki, 94 ildir pəncərədə olan manikenin Esparzanın mərhum qızı olduğu düşünülür.

Mənbə: tgrthaber.com

Aynur Camal

Oxşar xəbərlər

Şahzadə evində ölü tapıldı

Aynur Əfəndi Zadə

“Siz fələstinlilərin qanını qurban verirsiniz”

Teymur Əziz

2024-cü il Yay Olimpiya Oyunları üçün plan hazırlandı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu