14 C
Baku
16 Noyabr 2025, 7:26
Dünya

Dəhşətli qəza: Uşaq bağçasının müəllimləri öldü

İndoneziyanın Mərkəzi Yava bölgəsində mikroavtobusun yük maşını ilə vurulması nəticəsində 11 uşaq bağçası müəlliminin öldüyü bildirilir. İndoneziyanın Purvoreco Rayon Fəlakət İdarəsi agentliyinin məlumatına görə, tikinti materialları ilə yüklənmiş yük maşını Kalijambe kəndində hərəkət edən mikroavtobusa çırpılıb.

Açıqlamada mikroavtobusda Magelanq bölgəsindən bir qrup müəllimin olduğu bildirilib.

Polis rəsmisi Andry Agustiano bildirib ki, yük maşını idarəetməni itirərək mikroavtobusa çırpılıb və nəticədə 11 uşaq bağçası müəllimi həlak olub.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: HurriYet

Aynur Camal

Oxşar xəbərlər

Torpaq sürüşdü: 100 işçi şaxtalarda qaldı

Aynur Camal

Serbiya prezidenti səhhəti ilə bağlı açıqlama verdi

Bugün TV

Bu gündən istehsalı 2013-cü ilədək olan avtomobillərin Gürcüstana idxalı qadağan edildi

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu