İndoneziyanın Mərkəzi Yava bölgəsində mikroavtobusun yük maşını ilə vurulması nəticəsində 11 uşaq bağçası müəlliminin öldüyü bildirilir. İndoneziyanın Purvoreco Rayon Fəlakət İdarəsi agentliyinin məlumatına görə, tikinti materialları ilə yüklənmiş yük maşını Kalijambe kəndində hərəkət edən mikroavtobusa çırpılıb.
Açıqlamada mikroavtobusda Magelanq bölgəsindən bir qrup müəllimin olduğu bildirilib.
Polis rəsmisi Andry Agustiano bildirib ki, yük maşını idarəetməni itirərək mikroavtobusa çırpılıb və nəticədə 11 uşaq bağçası müəllimi həlak olub.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Mənbə: HurriYet