30 C
Baku
28 İyul 2025, 19:06
SəhiyyəSosial

Dərmanların baha olmasına səbəb nədir?-AÇIQLAMA

“2022-ci ildə dərman vasitələrinin idxalına 505 milyon dollar vəsait xərclənib. Dərman idxalı 2021-ci ildə 408.7 milyon dollar, 2020-ci ildə
327.2 milyon dollar, 2019-cu ildə isə 261.6 milyon dollar olub. Bu, o deməkdir ki, son 3 ildə dərman idxalı 2 dəfə artıb.

Dərman idxalında son illər artımlarlğın əsas səbəbləri idxal inflyasiyası ilə yanaşı, COVİD-19 pandemiyası dövründə tələbin yüksəlməsi olsa da belə, post-pandemiya dövründə də idxalın həcmində artımlar müşahidə edilməkdədir”.

Bugun.tv xəbər verir ki, bu fikri Milli Məclisin deputatı Vüqar Bayramov sosial media hesabında qeyd edib.

“Dərman vasitələrinin 20.0 faizindən çoxunu Türkiyədən idxal edirik. İllik idxalımız qardaş ölkədən 80.0 milyon dollardan çoxdur. Amma bununla belə, Azərbaycanda eyni dərman Türkiyə ilə müqayisədə kəskin bahadır. Azərbaycanda dərmanların qiymətlərinin optimallaşdırılması və əlçatanlığın artırılması çox vacibdir.

Eyni zamanda, dərman idxalında Almaniya, Rusiya, Hindistan və İtaliya xüsusi paya malikdir. Həm dərman vasitələrinin qiymətinin aşağı salınması, həm də idxaldan asıllığın azaldılması üçün yerli istehsalın stimullaşdırılması çox vacibdir”, – V.Bayranov bildirib.

Deputatın sözlərinə görə, digər vacib məsələ isə, qiymət siyasətinin təkmilləşdirilməsidir. Taarif Şurası tərəfində həyata keçirilən qiymət siyasətinin təkmilləşdirilməsi həm də sahibkarlıq fəaliyyətinin bu sahədə genişləndirilməsi baxımdan vacibdir. Bu sahədə bürokratik əngəllərin aradan qaldırılmasına ehtiyac var.

Nigar Məmmədova

Oxşar xəbərlər

“Nurlu Sabah Gənclərə Qayğı” ictimai birliyi Bakı Dövlət Universitetində layihə gerçəkləşdirib

Kəmalə Sultan

Bakıda BMT-nin Etimad Fondunun maliyyə dəstəyi ilə təlim təşkil olunub

Elnarə Dərziyeva

DİN BDYPİ-i “Siqnal” ili layihələrin icrasını mərhələli şəkildə davam etdirir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu