Dünya

Dəhşətli partlayış! Ölənlər və yaralananlar var

Çinin Harbin şəhərində yaşayış binasında partlayış baş verib. Dəhşətli partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.

Çinin Heilongjiang əyalətinin paytaxtı Harbin şəhərində 5 mərtəbəli yaşayış binasında partlayış baş verib. Binaya böyük ziyan dəyərkən, əraziyə yanğınsöndürmə briqadası və tibb qrupları göndərilib.

Çin mediası 1 nəfərin öldüyünü, 3 nəfərin yaralandığını bildirib. Partlayış anı avtomobilin kamerasına düşüb. Partlayışla güclü tüstünün qalxdığı və binanın parçalarının yola səpələndiyi görülüb.

Partlayışın qaz çəninin səbəb olduğu ehtimal edilir.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

ABŞ Rusiyanın maliyyə nazirini G20 danışıqlarına qaytardı

Aynur Camal

İranlılar ABŞ-ın “Duolingo” ilə bağlı sanksiyalarına etiraz edir

Aynur Camal

ABŞ və İran arasında döyüşlərin yenidən başlaması neft qiymətlərini artırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu