ABŞ prezidenti D. Tramp yenidən Ukrayna ilə bağlı “sülh” planı hazırlayıb. D. Trampın xüsusi nümayəndəsi Uitkofun müəllifi olduğu plan Ukrayna prezidenti V. Zelenskinin Rusiyaya ərazi güzəştinə məcbur edilməsini özündə ehtiva edir. Yoxsa, belə bir sülh planı Avropa müttəfiqlərindən gizli hazırlanmazdı.
Təbii ki, ərazi güzəşti əvəzinə atəşkəsə gedilməsi, Qərbin strateji məğlubiyyəti olar.
V. Putinin planı ərazi güzəşti hesabına atəşkəsə getmək və sonrakı proseslərdə yenidən təzyiqləri artırılmasıdır.
Ukrayna prezidentinə yenidən siyasi təzyiqlər başlayıb. Amma, bununla bərabər ABŞ Ukraynaya “Patriot” raket sistemlərinin verilməsini təsdiq edib.
Ümumiyyətlə, Rusiyanın əsas strateji siyasəti Qərb üzərində siyasi və hərbi qələbə əldə etməkdən ibarətdir. Rusiya bu siyasəti Ukrayna üzərində həyata keçirir. Bu gün Ukrayna Rusiyanın Qəribə qarşı hərbi əməliyyatlarının əsas mərkəzidir.
Qərb Ukrayna da Rusiyanı yalniz hərbi təzyiqlərlə durdura bilər.
ABŞ “sülh planı” Ukraynanın Rusiya qarşısında atəşkəs müqabilində ərazi güzəşti olduğu üçün Kremllə birgə hazırlanmış plan kimi xarakterizə etmək olar.
ABŞ prezidentinin növbəti dəfə sülh planında torpaq güzəşti olduğu üçün Avropa ölkələri və Ukrayna tərəfindən qəbul edilməyəcək.
Ümumiyyətlə, ABŞ rəhbərliyi Ukrayna ilə bağlı Rusiyaya güzəştə getməsi, Moskvanın dayanmasına gətirib çıxarmayacaq.
Milli Cəbhə Partiyasının sədr müavini, siyasi ekspert Məhəmməd Əsədullazadə
