Dünya

Dağıstandakı məşhur “Lun” ekranoplanı akula görüntüsünə salındı

Bugun.tv xəbər verir ki, Rusiyanın Dağıstan Respublikasında yerləşən və dünyanın ən böyük ekranoplanlarından biri hesab olunan “Lun” raketdaşıyıcısı yeni görünüşü ilə müzakirələrə səbəb olub.

Məlumata görə, hazırda Dağıstandakı “Patriot” parkında sərgilənən ekranoplanın kabin hissəsinə akula ağzını xatırladan təsvir çəkilib. Bu dəyişiklik yerli sakinlər və turistlər arasında birmənalı qarşılanmayıb. Bir çox ziyarətçi unikal mühəndislik abidəsinin belə formada bəzədilməsini məqsədəuyğun hesab etmədiyini bildirib.

“Lun” ekranoplanı sovet dövründə Rostislav Alekseyevin rəhbərlik etdiyi konstruktor bürosunda hazırlanıb. Layihə üzrə ümumilikdə səkkiz ekranoplanın inşası planlaşdırılsa da, yalnız bir nümunə tam şəkildə istehsal edilib.

Hərbi məqsədlər üçün yaradılan ekranoplan 20 min tona qədər su tutumuna malik hərbi gəmiləri, desant qüvvələrini və dəniz karvanlarını məhv etmək üçün nəzərdə tutulmuşdu. Yüksək sürəti və radarlar üçün çətin aşkar olunması onun əsas üstünlükləri sayılırdı.

“Lun” 1990-cı illərin əvvəlindən Xəzər Donanmasının tərkibində xidmət göstərib. Lakin sonradan istismardan çıxarılaraq Kaspiysk şəhərindəki “Dağdizel” zavodunun ərazisində saxlanılıb. Bir müddət onun utilizasiya olunması planlaşdırılsa da, ictimai fəalların səyləri nəticəsində ekranoplan qorunub saxlanılıb və sonradan “Patriot” parkına köçürülüb.

Hazırda ekranoplana akula görüntüsünün verilməsi qərarının kim tərəfindən qəbul edildiyi açıqlanmayıb.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Məşhur çimərlikdə maraqlı qadağa: Çətirdən istifadə yaşla məhdudlaşdırıldı

Aynur Camal

İsrail mediası: İran ABŞ-ı güzəştə məcbur edə bildi

Aynur Camal

Tramp: İranın zənginləşdirilmiş uranını götürmək yox, məhv etmək istəyirik

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu