17 C
Baku
10 İyun 2025, 7:20
Hadisə

Dağlarda 20 metr hündürlükdən yıxılan qadın sağ qaldı

Bugun.tv xəbər verir ki, Böyük Britaniyada milli parka gedən qadın qayadan yıxılaraq sağ qalıb. Bu barədə BBC yazır.

Adı açıqlanmayan turist Cumbria ştatının Lake District Təbiət Qoruğunda səyahət edib. Sharp Edge Ridge Route ilə Blencathra dağına qalxırdı. Bir anda o, yaş yamacdan yıxılılaraq yuvarlanıb. Təxminən 20 metr hündürlükdən yıxıldıqdan sonra turist qayalardan yapışmağı bacarıb.

Qurbanı eyni marşrutla gedən dəniz piyadası görüb. Kişi onun yanına enib ilk tibbi yardım göstərə bilib. Xilasediciləri də çağırıb. Qadın aldığı xəsarətlərdən kəndir sistemi ilə dağdan endirilib. Bundan sonra o, helikopterlə xəstəxanaya aparılıb. İndi onun həyatı təhlükədə deyil.

Mənbə lenta.ru

Aynur Camal

Oxşar xəbərlər

Cənubi Koreyada qasırğa səbəbindən tədbirlər dayandırıldı

Bugün TV

Sexdə partlayış baş verdi

Nigar Məmmədova

Səudiyyə Ərəbistanı vətəndaşlarını Sudandan təxliyə edir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu