27 C
Baku
27 İyul 2024, 10:23
Hadisə

Dağlarda 20 metr hündürlükdən yıxılan qadın sağ qaldı

Bugun.tv xəbər verir ki, Böyük Britaniyada milli parka gedən qadın qayadan yıxılaraq sağ qalıb. Bu barədə BBC yazır.

Adı açıqlanmayan turist Cumbria ştatının Lake District Təbiət Qoruğunda səyahət edib. Sharp Edge Ridge Route ilə Blencathra dağına qalxırdı. Bir anda o, yaş yamacdan yıxılılaraq yuvarlanıb. Təxminən 20 metr hündürlükdən yıxıldıqdan sonra turist qayalardan yapışmağı bacarıb.

Qurbanı eyni marşrutla gedən dəniz piyadası görüb. Kişi onun yanına enib ilk tibbi yardım göstərə bilib. Xilasediciləri də çağırıb. Qadın aldığı xəsarətlərdən kəndir sistemi ilə dağdan endirilib. Bundan sonra o, helikopterlə xəstəxanaya aparılıb. İndi onun həyatı təhlükədə deyil.

Mənbə lenta.ru

Aynur Camal

Oxşar xəbərlər

Traktor aşdı: 16 yaralı var

Bugün TV

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər öldü -YENİLƏNİB

Nigar Məmmədova

Polat cütlüyünün istintaqında saxlanılanların sayı 24-ə yüksəldi

Aynur Əfəndi Zadə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu