Dünyanın ən vacib qoruq yerlərindən biri olan Trindade adasına hər il minlərlə yumurta qoymaq üçün yaşıl tısbağalar (Chelonia mydaslar) gəlir. Sözügedən Braziliyanın vulkanik Trindade adasının geologiyası illərdir elm adamlarını heyran edir.
Lakin ətraf mühitin çirklənməsi artıq bu yerlərə də öz təsirini göstərib. Belə ki, bu uzaq tısbağa sığınacağında plastik qalıqlarının qayalara yapışması geoloqların həyəcan təbili çalmasına səbəb olub.
Tədqiqatçıların fikrincə, ərimiş plastik Espirito Santo əyalətinin cənub-şərqindəki 1140 km (708 mil) məsafədə yerləşən adada qayalarla qarışıb. Bu, yeni və eyni zamanda qorxuncdur, çünki çirklənmə geologiyaya çatıb”, – Parana Federal Universitetinin geoloqu Fernanda Avelar Santos bildirib.
Santos və komandası “plastiqlomeratlar” adlanan qayalarda hansı növ plastiklərin olduğunu öyrənmək üçün kimyəvi sınaqlar keçirib. “Biz müəyyən etdik ki, çirklənmə əsasən Trinidade adasının balıq torlarından qaynaqlanır. Torlar dəniz axınları tərəfindən sürüklənir və sahildə toplanır. Temperatur yüksələndə bu plastik əriyir və çimərliyin təbii materialı ilə birləşir. Və bütün bunlar buranı öz yuvası edən canlılar üçün yaşanmaz yerə çevirir” – Santos bildirib. Mənbə: CNN