Baş xəbərİqtisadiyyat

Daha bir bank bağlanır?

Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb.

Bugun.tv xəbər verir ki, deputat Vüqar Bayramov facebook səhifəsində məlumat verib.

Onun sözlərinə görə, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib.

Bu ilin əvvəlinə bu bankın aktivlərinin həcmi 97 milyon 617 min manat olub. 2022-ci ildə İranın Azərbaycana qarşı təhdiddlərini davam etdirməsinə və Ermənistan ilə əlaqələrini genişləndirməsinə rəğmən “Bank Melli İran-Baku” ötən il ölkəmizdəki akitvlərinin dəyərini 9 milyon 607 min manat artıra bilib. Bu ilin əvvəlinə bankın müştəri hesablarında 8 milyon 904 min manat vəsait olub. Başqa banklar qarşısındakı öhdəlikləri isə 10 milyon 545 min manata çoxalaraq 33 milyon 513 min manata çatıb. Bankın nizamnamə kapitalı həmin tarixə 73 milyon 611 min manat qeydə alınıb.

Azərbaycan Mərkəzi Bankının qərarı sözügedən bankda vəsaiti olan vətəndaşlaırmıza dəyə biləcək potensial ziyanın qarşısını almaq məqsədi daşıyır. Bu baxımdan, doğru qərardır və təqdirəlayiqdir. Bununla yanaşı, rəqəmlər də göstərir ki, bu addım daha əvvəl- ən geci 2022-ci ildə atılmalı idi. Qeyd edək ki, həmin bank Azərbaycanda 1993-cü ildə qeydiyyatdan keçib.

Aynur Camal

Oxşar xəbərlər

Bakıda “Mərhəmət gecəsi” adlı xeyriyyə tədbiri keçiriləcək

Aynur Camal

İlham Əliyevin Efiopiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub, sənədlər imzalanıb

Aynur Camal

Deputat gənclərə çağırış etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu