Baş xəbərSosial

Nazir Prezident təqaüdçüsü ilə görüşdü

Bugun.tv xəbər verir ki, Elm və təhsil naziri Emin Əmrullayev bu gün İsmayıllı rayonunda keçirilən vətəndaşların qəbulu zamanı Lahıc qəsəbə tam orta məktəbinin məzunu, 2017-ci ildə keçirilən qəbul imtahanlarında 700 bal toplayaraq Prezident təqaüdçüsü adını qazanan Vahab Cəbrayılovla görüşü barəsində facebook səhifəsində paylaşım edib.

Onun sözlərinə görə, Vahab bu il Türkiyənin Orta Şərq Texniki Universitetindən (ODTÜ) kompüter mühəndisliyi ixtisası üzrə məzun olub.

“Ona ABŞ-nin Kolumbiya Universitetində eyni ixtisasla əlaqədar doktorantura təhsili almaq və professor köməkçisi kimi çalışmaq təklif olunub. Vahab kimi gənclərimizlə görüşmək məni çox qürurlandırır. Tələbəmizi təbrik edir, ona gələcək təhsilində yeni nailiyyətlər arzulayıram”.

Aynur Camal

Oxşar xəbərlər

Türkiyədən 10 tələbə Azərbaycana gəldi – TİKA layihələri ilə tanış oldular

Aynur Camal

Ceyhun Məmmədov Ərdəbildən paylaşım edib: Şah İsmayıl Xətainin irsi ortaq sərvətimizdir

Aynur Camal

Araşdırma: Uzun müddət televiziya izləmək beyin həcminin kiçilməsinə səbəb ola bilə

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu