23 C
Baku
4 Oktyabr 2024, 16:21
Baş xəbərDünya

Daha bir ev və məktəb bombalandı: 4-ü uşaq olmaqla 8 fələstinli həyatını itirdi

Qatil İsrail Qəzzada qırğınlarını davam etdirir. İsrail ordusu fələstinlilərin sığındığı evi və məktəbi bombalayıb. 3 fələstinli məktəbdə həyatını itirərkən, 4 fələstinli uşaq və anaları isə evdə həyatını itirib. Fələstinin WAFA xəbər agentliyinin məlumatına görə, İsrail ordusu Nusayrat Qaçqınlar Düşərgəsindəki Xalid bin Vəlid məktəbinin yuxarı mərtəbəsini bombalayıb.

İsrail ordusunun köçkün fələstinlilərin sığındığı məktəbə hücumu nəticəsində 3 fələstinli həyatını itirib, çoxlu sayda insan yaralanıb.

4 fələstinli uşaq və onların anaları həyatını itirdi

Fələstinin WAFA xəbər agentliyinin verdiyi məlumata görə, İsrail döyüş təyyarələri Deyr əl-Bələh şəhərindəki Əqsa Şəhidləri Xəstəxanasının ətrafındakı “Əbu Samek” ailəsinə məxsus evi hədəf alıb.

Dünən İsrail ordusunun Qəzza şəhərinin qərbindəki Şati Qaçqınlar Düşərgəsində köçkün fələstinlilərin sığındığı Kafr Qassim məktəbini bombalaması nəticəsində 6 fələstinli həyatını itirib.

İsrail ordusu Qəzza zolağında məcburi köçkün fələstinlilərin sığındığı məktəbləri tez-tez hədəfə alır.

İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 16 min 795-i uşaq, 11 min 378-i qadın olmaqla 41 min 431 fələstinli həyatını itirib, 95 min 818 nəfər isə yaralanıb.

Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Ardıcıl iki zəlzələ!

Aynur Camal

Narkotiklərin satışı ilə məşğul olan “Prius” sürücüsü saxlanıldı

Aynur Camal

Laçın şəhərinə qayıdış başlandı-FOTOLAR

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu