25 C
Baku
27 İyul 2024, 3:54
Dünya

Daha bir ölkə Fələstini tanıdığını açıqladı!

İsrailin Qəzzaya hücumları davam edərkən, Baham adalarından diqqətçəkən açıqlama gəldi. Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanıdı.

Baham adaları Fələstini rəsmi olaraq dövlət kimi tanımaq qərarına gəldiyini açıqlayıb. Baham adaları Xarici İşlər Nazirliyindən verilən açıqlamada, hökumətin “fələstinlilərin öz siyasi statuslarını sərbəst şəkildə təyin etmək və iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst şəkildə davam etdirmək hüququnu dəstəklədiyi” bildirilib.

Bəyanatda Baham adalarının iki dövlətli həll yolunu dəstəklədiyi və Fələstini bir dövlət kimi rəsmən tanıdığı bildirilib.

Barbados və Yamayka da aprel ayında Fələstini dövlət kimi tanımaq qərarına gəlib.

Trinidad və Tobaqo Fələstini rəsmi olaraq dövlət kimi tanımaq qərarına gəlib.

Trinidad və Tobaqo Xarici İşlər Nazirliyindən verilən açıqlamada, sözügedən qərarın “Fələstin dövləti” mövzusunda artan beynəlxalq konsensusu gücləndirdiyi bildirilib. “Fələstinin tanınması əxlaqi və ədalətlidir və Trinidad və Tobaqonun Fələstin xalqının qanuni istəklərini tanıdığını və dəstəklədiyini göstərir”, – bəyanatda deyilir.

Digər tərəfdən, Karib hövzəsi ölkələri Yamayka və Barbados Fələstin dövlətini rəsmi olaraq tanıdıqlarını açıqlayıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Fransa sol ittifaqı Fələstini tanımağa cəhd etdi

İntizar Əmirova

Çinin avtomobil ixracında dünya lideri olacağı proqnozlaşdırılırdı

Bugün TV

Rusiya və Hindistan iqtisadi əməkdaşlığı genişləndirir

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu