Image default
Dünya

Daşqın fəlakəti: Ölənlərin sayı 56-ya yüksəldi, 70 nəfər itkin düşüb

Braziliyanın Rio Grande do Sul əyalətində güclü yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 56-ya, itkin düşdüyü bildirilənlərin sayı isə 70-ə yüksəlib. Braziliya leysan yağışların yaratdığı sellə mübarizə apararkən, fəlakətdə insan itkiləri artır.

Rio Qrande do Sul əyalətində daşqın nəticəsində həyatını itirənlərin sayı 56-ya yüksəlib. Səlahiyyətlilər itkin düşdüyü bildirilənlərin sayının 70-ə yüksəldiyini, buna görə də can itkisinin arta biləcəyini bildirib.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva “fəlakət vəziyyəti” elan edilən əyalətdə seldən zərər çəkmiş əraziləri havadan yoxlamışdı. Daşqınlar səbəbindən 23 min insanın evlərindən təxliyə edildiyi ştatda küçələr su altında qalıb, yollar zədələnib, körpülər uçub. Lula, “Qubernator və nazirlərimə dedim ki, federal hökumət hər cür səy göstərəcək. Biz bunun öhdəsindən çox diqqətlə yanaşacağıq”.

Mənbə: Ntv.Tr

Aynur Camal

Oxşar xəbərlər

11- gündür ki, ABŞ-ın İrana zərbələri davam edir

Aynur Camal

Rusiya Müdafiə Nazirliyi: İki yaşayış məntəqəsi nəzarətə götürüldü, 808 PUA vuruldu

Aynur Camal

Tramp Livan prezidentini Ağ Evdə qəbul etdi: əsas müzakirə mövzusu İsraillə münasibətlər oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu