Baş xəbərDünya

Daşqın nəticəsində ölənlərin sayı 394 nəfərə çatdı

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Cənubi Kivu əyalətində leysan yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayı 394-ə yüksəlib.

Bugun.tv-nin AbcNews saytına istinadən xəbər verir ki, Cənubi Kivu əyalətinin Buşu və Nyamukubi kəndlərində iki gün əvvəl baş verən daşqından sonra daha 218 cəsəd tapılıb.

170-dən çox qurban dörd kütləvi məzarda basdırılıb, Kalehedə xilasetmə işlərinə kömək edən gənc siyasi fəal Valet Çebujonqo telefonla bildirib. “Təsəvvür edin, siz onları tabutsuz, kütləvi məzarlıqda basdırırsınız, bu dəhşətdir” – deyə vurğulayıb.

Çox sayda insanın itdiyi fəlakətdə axtarış-xilasetmə işləri davam edir. Bölgəyə yağan güclü yağış Çibira çayının daşmasına səbəb olub.

Konqo hökuməti bu günü milli matəm günü elan edib, qurbanların xatirəsinə bayraqlar yarıya endirilib.

Xatırladaq ki, tropik iqlim zonasında yerləşən KDR yağışlı mövsümdə tez-tez təbii fəlakətlərlə üzləşir.

Şərh yazın