Bugun.tv xəbər verir ki, Cənubi Koreyada son bir həftədə yağışların yaratdığı sel və torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 40-a yüksəlib. Yonhap-ın hesabatına görə, leysan yağışların yaratdığı daşqınlar səbəbindən 10 mindən çox insan təxliyə edilib. Ölkə üzrə 139 ev də daxil olmaqla daşqınlar nəticəsində zərər çəkmiş binaların sayı 1000-i ötüb. Xilasetmə işlərinin davam etdiyini bildirən səlahiyyətlilər, ölən və itkin düşənlərin sayının artmasından narahatdır. Meteoroloqların yağıntıların artacağı ilə bağlı xəbərdarlığından sonra Daxili İşlər və Təhlükəsizlik Nazirliyi həyəcan səviyyəsini ən yüksək səviyyəyə qaldırıb.
Müxbir: Şəms Elnurqızı