Dünya

Daşqın xəbərdarlığı

Bugun.tv xəbər verir ki, Fransanın meteorologiya xidməti Meteo France tərəfindən edilən açıqlamaya görə, mənfi hava şəraiti Hauts-de-France bölgəsini təsir altına almaqda davam edir.

Hauts-de-France-in Nord, Somme və Ardennes bölgələrində şiddətli yağış riski səbəbiylə xəbərdarlıq səviyyəsi sarıya yüksəldilsə də, Pas-de-Kale üçün daşqın xəbərdarlığı edilib. Xəbərdarlıq səviyyəsi narıncı olaraq təyin edilib.

Pas-de-Kaledə gün ərzində yağan yağışlar davam edəcək. Əyalətdə sürəti saatda 90 kilometrə çatan küləklər təsirli olacaq.

Ötən ay Pas-de-Kaledə güclü yağışlar səbəbindən daşqınlar baş verib. Sakinlər evlərindən təxliyə edilib.

Mənbə trthaber

Aynur Camal

Oxşar xəbərlər

ÜST: Türkiyə sağlamlıq gündəminin öncülərindən birinə çevrildi

Aynur Camal

ABŞ seçkiləri İranda necə qarşılandı?

Aynur Camal

Bu yol nişanının mənası sürücüləri təəccübləndirir: Maneənin hər iki tərəfindən keçmək olar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu