Image default
Baş xəbərDünya

Daşqınlar səbəbiylə 219 min insan köç etdi

Bugun.tv xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Somalidə leysan yağışlar səbəbiylə 219 min insanın daşqınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığını bildirib.

BMT-nin Humanitar Məsələlər üzrə Koordinasiya Ofisindən (OCHA) verilən yazılı açıqlamaya görə, Somalinin mərkəzi bölgəsində baş verən daşqınlar minlərlə insanın həyatına mənfi təsir göstərib.

Açıqlamada Beledweyne şəhərində leysan yağışlar səbəbiylə 219 min insanın sel səbəbiylə evlərini tərk etmək məcburiyyətində qaldığı paylaşılıb.

Açıqlamaya görə, daşqınlardan 460 min insan zərər çəkib, suyun səviyyəsinin qalxması səbəbindən regional xəstəxana və hökumət binaları ilə yanaşı, bir çox mühüm yerlərə ziyan dəyib.

Digər tərəfdən, Somali Fəlakət İdarəsi Agentliyi seldə 3-ü uşaq olmaqla 5 nəfərin həyatını itirdiyini bildirib.

Daşqınların təsirli olduğu bölgədə vəba və malyariya kimi epidemiyaların arta biləcəyi qorxusu var.

Xatırladaq ki, qonşu ölkə Efiopiyada mayın 12-də başlayan leysan yağışlar nəticəsində 45 nəfər daşqınlarda həyatını itirib.

Mənbə: TRThaber

Aynur Camal

Oxşar xəbərlər

Dünya Kubokunun finalı ABŞ-da rekord izləyici sayı topladı

Aynur Camal

11- gündür ki, ABŞ-ın İrana zərbələri davam edir

Aynur Camal

Rusiya Müdafiə Nazirliyi: İki yaşayış məntəqəsi nəzarətə götürüldü, 808 PUA vuruldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu