7 C
Baku
19 Fevral 2026, 2:22
Sosial

Daxili İşlər naziri Vilayət Eyvazov növbəti sıra baxışı keçirib

Polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirilib

Oktyabrın 11-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.

Nazir şəxsən onlayn qaydada müraciət etmiş hər bir gəncin zahiri görkəmi, fiziki hazırlığının vəziyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü ilə maraqlanıb. Əvvəlcədən elan olunmuş tələblərə uyğun olan 337 nəfər seçilərək seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 62 nəfəri Vətən müharibəsinin iştirakçısı, 1 nəfəri isə şəhid ailəsinin üzvü olub.

Sonda çıxış edən Daxili İşlər naziri V.Eyvazov xidmətə qəbulun şəffaflıq və aşkarlıq prinsipləri əsasında keçirildiyini qeyd edərək seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

Aynur Camal

Oxşar xəbərlər

Vətəndaşın əmək hüquqları pozulur – ŞİKAYƏT

Aynur Camal

“Qadın ruhunun səssizliyi daxili gücün əsas mənbəyidir”

Aynur Camal

Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış almaq mümkün olacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu