Baş xəbərHadisə

DEAŞ əməliyyatı oldu: 5 nəfər saxlanıldı

Bugun.tv xəbər verir ki, İstanbulda terror təşkilatı DEAŞ-a qarşı keçirilən əməliyyatda 5 əcnəbi şübhəli saxlanılıb. Şübhəlilərin hərbi təlim keçərək terror təşkilatında fəaliyyət göstərdikləri müəyyən edilib. İstanbul Polis İdarəsi Terrorla Mübarizə Şöbəsi qrupları terror təşkilatı DEAŞ-ın fəaliyyətinin qarşısının alınması və deşifrə edilməsi üçün işlərini davam etdirir. Araşdırmada, hərbi təhsil almış və keçmişdə təşkilatda fəaliyyət göstərən şübhəlilərin şəhərdə olduğunu müəyyən edən qruplar, təyin olunan ünvanlara eyni vaxtda əməliyyat keçirib.

TRT Haberin məlumatına görə, şübhəlilər nəzarətə alınaraq İstanbul Təhlükəsizlik Müdirliyinə aparılıb.

Müxbir: Şəms Elnurqızı

 

Bugün TV

Oxşar xəbərlər

Vüqar Bayramov: Cənub Qaz Dəhlizi Azərbaycanın regional enerji təhlükəsizliyində artan rolunu təsdiqləyir

Aynur Camal

“ABŞ-İran qarşıdurması regionun siyasi nizamını dəyişir”

Aynur Camal

ABŞ–İsrail–İran müharibəsində qalib tərəf yoxdur – siyasi ekspert

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu