7 C
Baku
7 Fevral 2026, 12:46
Baş xəbərHadisə

DEAŞ-a qarşı əməliyyat: 21 nəfər saxlanıldı

Bugun.tv xəbər verir ki, İzmirdə terror təşkilatı DEAŞ-a qarşı keçirilən əməliyyatda 21 şübhəli saxlanılıb. İzmir Respublika Prokurorluğu Terror Cinayətləri İstintaq Bürosu tərəfindən terror təşkilatı DEAŞ-a qarşı aparılan istintaq çərçivəsində xarici ölkə vətəndaşlarının qarşıdurma bölgələri ilə əlaqəli hərəkət və fəaliyyətlərinin müəyyən edilərək deşifrə edilməsi istiqamətində araşdırma aparılıb.

TRT Haber-in məlumatına görə, Keçmişdə DAİŞ adından qarşıdurma bölgələrində fəaliyyət göstərdikləri və İzmirdə DEAŞ-a bağlı şəxslərlə birlikdə hərəkət etdikləri və görüşlər keçirdikləri barədə məlumat olan 26 şübhəlinin tutulması üçün əməliyyat təşkil edilib. Əməliyyat zamanı 21 şübhəli yaxalanıb, 5 şübhəlinin tutulması istiqamətində işlər davam etdirilir. Şübhəlilərin evlərində aparılan axtarışlar zamanı ov tüfəngi, boş tüfəng, müxtəlif ölçülü qılınc, bıçaq və çoxlu sayda rəqəmsal material ələ keçirilib.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

İspaniya və Portuqaliyada yeni sel təhlükəsi

Aynur Camal

Azərbaycan Türkiyəyə həmrəylik mesajı yayımladı

Aynur Camal

İran–ABŞ nüvə danışıqları başladı: görüşlər Omanda keçirilir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu