21 C
Baku
12 Sentyabr 2025, 18:47
Baş xəbərDigər

Dekabrın 23-də gözlənilən hava şəraiti

 Bugun.tv-nin Milli Hidrometeorologiya Xidmətindən əldə etdiyi məlumata əsasən, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 4-7°, gündüz 8-11° isti, Bakıda gecə 5-7°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütununa çatacaq. Nisbi rütubət 60-70 % gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraiti yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman və mülayim qərb küləyi olacaq.

Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək, gündüz isə 7-11° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta gözlənilir.

Aynur Camal

Oxşar xəbərlər

Sərnişin avtobusu çaya düşdü: 1 nəfər öldü

Aynur Camal

Kanada “Trampa etiraz üçün” 1461 qutu pivə olan qutu buraxdı

Aynur Camal

İnstaqrama gələn ekran görüntülərinin qarşısını alan xüsusiyyət

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu