13 C
Baku
6 Dekabr 2025, 19:34
Baş xəbər

DƏMX beynəlxalq mükafata layiq görüldü

 Bugun.tv-yə daxil olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) növbəti beynəlxalq uğurunu qazanıb.

Qurum bu dəfə Böyük Britaniyanın “Innovation in Business” təşkilatının 2024-cü il üzrə “Texnoloji İnnovator” müsabiqəsində “2024-cü ilin Əmək Münasibətləri Elektron Altsistem Həlləri Təminatçısı” adına layiq görülüb.

Xidmətin son bir ildəki fəaliyyəti, Əmək və Məşğulluq Altsistemi (ƏMAS) barədə təqdim edilən məlumatlar müsabiqənin tədqiqat komandası tərəfindən yüksək qiymətləndirilib.

Müsabiqənin əsas məqsədi texnologiya, media və korporativ innovasiyalar sahəsindəki yenilikləri işıqlandırmaq və ictimaiyyətə təqdim etməkdir.

Qeyd edək ki, bu DƏMX-in 2024-cü ildə layiq görüldüyü sayca 4-cü beynəlxalq mükafatdır.

Mənbə: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İctimaiyyətlə əlaqələr şöbəsi

Aynur Camal

Oxşar xəbərlər

Ankarada Hüseyn Cavid və Ziya Gökalpın anım mərasimi keçirilib

Aynur Camal

Keçmiş və müasirliyi özündə birləşdirən şəhər İzmir

Aynur Camal

Sahillərində 50 qeyri-qanuni mühacir xilas edildi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu