25 C
Baku
23 İyun 2025, 12:35
Baş xəbərSosial

Deputat Araz Yağlıvənd kəndinin sakinləri ilə görüşdü

Bugun.tv xəbər verir ki, Millət vəkili Vüqar Bayramov növbəti dəfə Füzuli rayonu Araz Yağlıvənd kəndinin sakinləri ilə görüşüb.

O, görüş zamanı 25-dən çox seçicinin qayğılarını dinləyib və bəzi müraciətlərlə bağlı yerində qərarlar qəbul edib.

“Həmyerlilərimizin müraciətləri məşğulluq, mənzil təmiri, vetranlıq statusunun alınması, əlillik dərəcəsinin alınması, səhiyyə xidməti, sosial təminat və digər mövzuda idi. Bir sıra müraciətlər ilə bağlı müvafiq dövlət qurumları əlaqə saxlamaqla görüşdə həllinə dəstək olduq. Uyğun dövlət qurumlarının dəstəyinə ehtiyac olan digər məsələlər ilə bağlı rəsmi deputat sorğuları göndərməyi planlaşdırırıq.

Horadiz şəhərində təşkil olunacaq növbəti görüşümüzdə iştirak etmək istəyən həmyerlilərimiz deputat köməkçisi Eltun Agakishiyev (0502268002) ilə əlaqə saxlamaqla öncədən qeydiyyatdan keçə bilərlər” – deyə deputat paylaşımında qeyd edib.

Mənbə: Facebook

Aynur Camal

Oxşar xəbərlər

Qış aylarında mütəxəssislərdən əl gigiyenası xəbərdarlığı

Aynur Camal

Polis və jurnalisti döyən 7 nəfər tutuldu

İntizar Əmirova

Logistika şirkəti Azərbaycanla bağlı layihə hazırlayıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu