Siyasət

Deputat Ceyhun Məmmədov Ərdəbil valisi ilə əməkdaşlıq perspektivlərini müzakirə etdi

Milli Məclisin deputatı Ceyhun Məmmədov Ərdəbil Həftəsi çərçivəsində İranın Ərdəbil əyalətinin valisi Məsud İmami Yeganə ilə görüş keçirib.

Bugun.tv – xəbər verir ki, bu barədə deputat sosial media hesabında paylaşım edib.

Görüş zamanı Azərbaycan ilə İran arasında dostluq və mehriban qonşuluq münasibətlərinin hazırkı vəziyyəti, regionlararası əməkdaşlığın genişləndirilməsi, iqtisadi, ticarət, mədəni-humanitar və turizm sahələrində əməkdaşlığın inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

Müzakirələr zamanı Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin Azərbaycan–İran münasibətlərinin inkişafına, qarşılıqlı etimadın möhkəmləndirilməsinə və yüksək səviyyəli siyasi dialoqun genişlənməsinə mühüm töhfə verdiyi vurğulanıb. Eyni zamanda, iki ölkəni birləşdirən tarixi, dini və mədəni bağların əməkdaşlığın inkişafı üçün möhkəm zəmin yaratdığı qeyd olunub.

Görüşdə regionlar arasında birbaşa əlaqələrin genişləndirilməsinin, qarşılıqlı səfərlərin intensivləşdirilməsinin və birgə layihələrin həyata keçirilməsinin iqtisadi münasibətlərin inkişafına, investisiya imkanlarının artmasına, ticarət dövriyyəsinin genişlənməsinə, mədəni-humanitar əməkdaşlığın və turizm əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcəyi bildirilib.

Səmimi və qarşılıqlı anlaşma şəraitində keçən görüşdə gələcək əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, regionlararası əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyəti vurğulanıb.

Aynur Camal

Oxşar xəbərlər

Oman Hörmüz boğazı ilə bağlı İrana yeni plan təqdim etdi

Aynur Camal

Putin: Rusiya 3 metrdən qalın buzları yaracaq yeni buzqıran gəmi inşa edir

Aynur Camal

Putin Rusiya ordusunun sayını artırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu