Baş xəbər

Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi

Milli Məclisin deputatı Elnarə Akimovanın seçicilərlə növbəti qəbulu baş tutdu.

Bugun.tv xəbər verir ki, görüş zamanı vətəndaşlar öz problemlərini, təkliflərini və onları narahat edən müxtəlif məsələləri deputata çatdırdılar.

Görüşdə iştirak edən vətəndaşların müraciətləri əsasən sosial təminat, məşğulluq, su problemi və digər məsələlər ətrafında oldu. Deputat hər bir müraciəti diqqətlə dinlədi və nəzarətə götürüldü.

Millət vəkili Elnarə Akimova vətəndaşların müraciətlərini diqqətlə dinləyərək onların həlli istiqamətində müvafiq addımlar atacağını vurğuladı.

O, seçicilərin problemlərinin həllinə kömək etmək üçün davamlı olaraq çalışacağını qeyd etdi. Görüşün əsas məqsədi vətəndaşlarla birbaşa ünsiyyətdə olmaq və onların ehtiyaclarını daha dərindən anlamaq olub.

Aynur Camal

Oxşar xəbərlər

Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirildi

Aynur Camal

Məhəmməd Əsədullazadə: MDB regional və beynəlxalq siyasi çağırışlara cavab vermir

Aynur Camal

Vüqar Bayramov: Türkmənistanla qeyri-neft-qaz ticarətini artırmaq prioritetdir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu