Baş xəbərKriminal

Deputat Fazil Mustafa güllələndi

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Fazil Mustafaya silahlı hücum olub. Hadisə Sabunçu rayonunda baş verib.
O, yaşadığı evin yaxınlığında naməlum şəxs (şəxslər) tərəfindən güllələnib.

Bədəninin ayaq və çiyin nahiyəsindən güllə yarası alan deputat xəstəxanaya yerləşdirilib.

Faktla bağlı əməliyyat-istintaq qrupu yaradılıb, araşdırmalar davam etdirilir.

Daxili İşlər Nazirliyindən (DİN) əldə etdiyimiz məlumata görə, hazırda polis əməkdaşları hadisə yerindədir. Sui-qəsdi törətməkdə şübhəli bilinən şəxs barəsində axtarış tədbirləri davam edir.

Bugün TV

Oxşar xəbərlər

18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür

Aynur Camal

Hindistanın Azərbaycandakı səfiri Abhay Kumar etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib

Aynur Camal

Məhəmməd Əsədullazadə: Trampın Ukrayna siyasəti Moskvanın maraqlarına uyğunlaşır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu