13 C
Baku
20 Aprel 2026, 18:48
Baş xəbər

Deputat imkansız insanlara yardım etməyə çağırdı

İlahiyyatçı deputat Ceyhun Məmmədov Ramazan ayı ilə bağlı sosial media hesabında paylaşım edib.

Deputat qeyd edib ki, artıq mübarək Ramazan ayının yarısı geridə qalıb və möminlər bu müqəddəs günlərin son hissəsindən daha səmərəli istifadə etməyə çalışmalıdırlar.

Onun sözlərinə görə, insanlar bu günlərdə Allaha daha çox dua etməli, eyni zamanda imkanları daxilində ehtiyacı olan şəxslərə dəstək göstərməlidirlər.

Deputat xatırladıb ki, İslam dinində xeyriyyəçilik və ehtiyacı olanlara yardım xüsusi əhəmiyyət daşıyır.

Paylaşımında Məhəmməd Peyğəmbərin hədisinə də istinad edən Ceyhun Məmmədov bildirib: “Kim bir orucluya iftar verərsə, oruclu qədər savab qazanar və oruclunun savabından da heç nə əskilməz”.

Deputat sonda bildirib ki, Ramazan ayının son günləri dua, ibadət və xeyirxah əməllərlə daha səmərəli keçirilməlidir. O, Allahdan bütün oruc və duaların qəbul olunmasını diləyərək dövlətimizin və xalqımızın daim qorunmasını arzulayıb.

Aynur Camal

Oxşar xəbərlər

İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

Aynur Camal

Qahirə Universitetində Azərbaycan dilində şeir səsləndirildi – misirli tələbələrdən təsirli çıxış

Aynur Camal

Bu gecə Bakı Pakistan Gününü işıqlandırdı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu