25 C
Baku
27 İyul 2024, 4:03
Baş xəbərSosial

Deputat məişət zorakılığı ilə bağlı qanuna dəyişiklik təklif etdi – VİDEO

“Bu gün dünyada 700 milyondan artıq əlilliyi olan qadınlar və qızlar mövcuddur”.

Kanal 20 TV xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elşad Mirbəşir deyib.

Deputat bildirib ki, qadınlar arasında əlillik 19-20 % təşkil edir: “Kişilər arasında bu göstərici 12 %-dir. Qadınlar və qızlar daha çox fiziki və məişət zorakılığına məruz qalır. Dünya miqyasında dövlətlərin böyük əksəriyyəti fiziki imkanları məhdud olan insanlar qarşısında götürdüyü öhdəlikləri yerinə yetirə bilmirlər, qanunvericilik çox zəifdir. Fiziki məhdudiyyəti olan qızların əksəriyyəti yetkinlik yaşına çatana qədər cinsi zorakılığa da məruz qalır. Ona görə əlavə olaraq, fiziki imkanları məhdud olan qadınların və qızların məişət zorakılığından qorunması ilə bağlı “Məişət zorakılığı haqqında” qanunun 16-cı maddəsinə əlavə edək. Çünki qadınların və qızların məişət zorakılığından qorunması istiqamətində dünya səviyyəsində hüquq kifayət etmir”.

Ətraflı linkdə:https://www.youtube.com/watch?v=QZuinL9UdLo&t=12s 

 

Bugün TV

Oxşar xəbərlər

Vladimir Putin Qazaxıstana səfər edəcək

Aynur Camal

4,2 bal gücündə zəlzələ baş verdi

Bugün TV

Qohumunun evindən oğurluq edən şəxs saxlanıldı

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu