25 C
Baku
23 İyun 2025, 13:55
Baş xəbərSosial

Deputat Qarabağda quruculuq, bərpa işlərindən danışdı

“Mincivan–Hacıqabul avtomobil yolunun Füzuli rayonu Bala Bəhmənli kəndi ərazisindən keçən hissəsində, “Dörd yol” adlanan ərazidə mütəmadi olaraq müşahidə olunan nəqliyyat sıxlıqlarının aradan qaldırılması məqsədilə yol çiyinlərində yerləşən qanunsuz küçə ticarəti və yararsız reklam lövhələri yığışdırılmış, ərazi asfaltlanmış, həmçinin yeni dayanacaq (duracaq) zonası və parklanma yaradılmışdır. Füzuli Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə yol kənarları yeni standartlara uyğun yenidən qurulub”.

Bugun.tv xəbər verir ki, bu abadlıq işləri haqqında Millət vəkili Vüqar Bayramov öz Facebook hesabında paylaşım edib.

O həmçinin qeyd edib ki, torpaqlarımızın işğaldan azad olunmasından sonra rayon ərazisindən səfər edən nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti üçün bütün tədbirlər görülür və ərazidə bərpa, quruculuq və abadlaşdırma işləri ardıcıl şəkildə davam etdirilir.

Sözügedən ərazinin əvvəlki və hazırkı vəziyyətini əks etdirən fotoşəkillər ilə görmək mümkündür.

Qarabağa xoş gəlmisiniz!

Mənbə: Facebook

Aynur Camal

Oxşar xəbərlər

Professor Zəhra Quliyevanın 100 illik yubileyinə həsr olunan tədbir keçirildi

İntizar Əmirova

Keçmiş köçkünlər maliyyə bacarıqlarını artırırlar

Bugün TV

Danimarka Bağdad səfirliyini bağlayır

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu