34 C
Baku
27 İyul 2025, 18:23
Siyasət

Deputat Sevinc Hüseynova növbəti qəbul keçirdi – FOTOLAR

Milli Məclisin deputatı Sevinc Hüseynova seçiciləri ilə növbəti qəbul keçirib.

Bugun.tv xəbər verir ki, deputat görüşü Gədəbəy rayonunun İnəkboğan kəndində keçirdib.

Görüş zamanı seçicilər dağ kəndlərində yaşayan vətəndaşlara göstərilən yüksək diqqət və qayğıya, həmçinin Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan avtomobil yolunun əsaslı təmirinə görə ölkə başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Vətəndaşlar tərəfindən edilən müraciətlər, əsasən, sosial, kənd təsərrüfatı (örüş, yay otlaq sahələrinin, mal-qara düşərgələrinin, köç yollarının istifadəsi), ekologiya və təbii sərvətlər, o cümlədən digər məsələlərlə bağlı olmuşdur.

Qəbulda YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev də iştirak edib.

Aynur Camal

Oxşar xəbərlər

Millət vəkili bəzi narahatlıqlardan danışdı

Aynur Camal

Zaxarova: “Biz “Şimal axını” qaz kəmərlərinə qarşı araşdırmanı davam etdirəcəyik”

Nigar Məmmədova

Prezident İlham Əliyev Omanın Sultanı Əlahəzrət Heytəm bin Tariq Al Səidə təbrik məktubu göndərdi

Teymur Əziz

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu