28 C
Baku
13 Sentyabr 2024, 15:28
Baş xəbərHadisə

Diametri 27 metr olan çuxur əmələ gəldi

Bugun.tv xəbər verir ki, Konyanın Karapınar rayonunda çuğundur sahəsində əmələ gələn diametri təxminən 27 metr, dərinliyi 12 metr olan çuxur narahatlıq yaradıb. Vətəndaşlar rayonun Avşar məhəlləsində çuğundur sahəsində çuxur əmələ gəldiyini görüblər. Təxminən 27 metr diametrdə və 12 metr dərinlikdə olan çuxuru görəndə narahat olan vətəndaşlar vəziyyəti səlahiyyətlilərə xəbər veriblər.

TRT Haber-in məlumatına görə, Xəbərdarlıq üzərinə hadisə yerinə gələn polis qrupları, Fikri Pekerə aid olduğu deyilən tarladakı çuxurun ətrafını təhlükəsizlik zolağı ilə bağlayıb. Polis əməkdaşı Həsən Güngör bildirib ki, çuxur əmələ gəldikdən sonra əvvəlcə ətrafı lentlə, sonra isə məftillə bağlayıblar. AFAD-a çuxur əmələgəlmələri ilə bağlı da məlumat verdiklərini ifadə edən Güngör, “Cümə günü Vahap Obası’nda daha bir çuxur meydana gəldi, eyni şəkildə daha əvvəl də burada bir çuxur əmələ gəlmişdi. Bu iki çuxur Taşdemirler sahəsində olduğu üçün bir-birinə yaxındır. Çuxurlar eyni xətt üzrə davam edir.” dedi.

Müxbir: Şəms Elnurqızı

İntizar Əmirova

Oxşar xəbərlər

Terror aktında 9 nəfər öldü

Nigar Məmmədova

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

Aynur Camal

Cozef Baydenin oğlu vergidən yayınmaqda ittiham edilir

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu