10 C
Baku
15 Mart 2026, 23:47
Baş xəbərKriminal

Digah kəndində 4 nəfərə kəsici alətlə xəsarət yetirildi: 2 nəfər öldü – YENİLƏNİB

Saat 10 radələrində Abşeron rayonu Digah kəndində 4 nəfərə kəsici alətlə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Bu barədə Bugun.tv-yə DİN-in mətbuat xidmətindən bildirilib.

Verilən məlumata görə, 68 yaşlı H.Həşimov, onun həyat yoldaşı və övladı və digər kənd sakini aldığı xəsarətlərdən xəstəxanaya yerləşdirilib.

Onlardan  57 yaşlı Zümrüd Həşimova  və  68 yaşlı Hicran Sərrac oğlu Həşimov tibbi müdaxilələrə baxmayaraq, xəstəxanada ölüb.

Cinayət əməlini törətməkdə şübhəli bilinən, 49 yaşlı, əvvəllər məhkum olunan Həşimov Sərxan Mirzəağa oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Xəsarət alan şəxslərdən 3 nəfər – S.Həşimovun əmisi və onun ailə üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Bugün TV

Oxşar xəbərlər

“Qlobal Bakı Forumu sülh və əməkdaşlıq təşəbbüslərinin əsas platformasına çevrilib”

Aynur Camal

Deputat Qədr gecəsinin fəzilətindən danışdı

Aynur Camal

“Alanya Ultra Trail” yarışı keçiriləcək: dünyanın aparıcı atletləri bir araya gələcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu