Maraqlı faktlar

WhatsApp söhbətinin ehtiyat nüsxəsi dövrünü bitirin! Yeni funksiya tezliklə gələcək

Bugun.tv xəbər verir ki, “WhatsApp” istifadəçilərinin uzun müddətdir gözlədiyi QR kodlu mesajların daşınması funksiyasını tezliklə istifadəyə verəcək. Qeyd edək ki, bu funksiya yalnız eyni əməliyyat sisteminə malik telefonlar arasında olacaq. Məsələn, funksiya Android-dən iOS-a ehtiyat nüsxələri üçün mövcud olmayacaq. QR kodu daşıma funksiyasından istifadə etmək üçün ilk növbədə yeni telefonunuzda Whatsapp tətbiqinə daxil olmalısınız. Daha sonra köhnə telefonunuzda mesajların daşınması bölməsindən kameranı açmalı və yeni telefonunuzda QR kodunu skan etməlisiniz. Bu prosesdən sonra mesajlar avtomatik olaraq yeni telefonunuza köçürüləcək. QR kodu ilə mesaj daşıma funksiyasının nə vaxt istifadəyə veriləcəyi hələlik məlum deyil.

Mənbə: TRT Haber

 

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

4 Avqust – Milli Şokoladlı Peçenye Günü qeyd olunur

Aynur Camal

Mütəxəssislər şirin qarpız seçməyin əsas sirrini açıqlayıblar

Aynur Camal

Qızıldan daha dəyərli yeni mineral aşkar edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu